ƏYYUBOVA Sәnubәr Nәsib qızı (19.12. 1905, indiki Ağstafa r-nunun Dağ Kәsәmәn k. – 7.1970, Bakı) – Azәrb. maarifçisi, pedaqoq. İlk tәhsilini Qazax qız mәktәbindә almış, Darülmüәllimatı (1924) vә Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU; 1931) bitirmişdir. Qazax Qәza Komitәsi qadınlar şöbәsinin müdiri olmuşdur (1920–21). Qubada ilk ixtisaslaşdırılmış ümumtәhsil qadın mәktәbini yaratmış (1924) vә orada tәbiyyat dәrslәrini tәdris etmişdir. Azәrb. Xalq Maarif Komissarlığında şöbә müdiri (1931–32), ADPİ-dә dekan (1935–37) işlәmişdir. 1937–47 illәrdә Qazaxıstana sürgün olunmuşdur. Sürgündәn qayıtdıqdan sonra Kürdәmirdә vә Şamaxıda yaşamış, 1956 ildә bәraәt alaraq Bakıya qayıtmış, Azәrb. Dövlәt Un-tindә çalışmışdır (1964 ildәn prorektor). “Qırmızı Əmәk Bayrağı” ordeni ilә tәltif edilmişdir.