ƏZABKEŞ (yun. μάρτυς – şahid, öz qanına şahid olan sözünün kalkası) – xristian kilsәsindә İsa Mәsihә inancına görә hәr cür әzab vә ölümü qәbul edәn müqәddәs şәxs. Ə. İsa Mәsihin ölüm üzәrindә qәlәbәsinә şәhadәt gәtirәrәk, onun uğrunda әzabkeşlik vә fәdakarlıq nümayiş etdirir. İlk Ə. kimi xristianların Yerusәlimdә yәhudi icması tәrәfindәn tәqiblәrә mәruz qaldığı zaman (tәxm. 36) zәrәr çәkmiş arxidiakon Stefan qәbul olunur. Xüsusi ehtiram olunan bәzi Ə.-lәr kilsә әnәnәsindә “böyük Ə.-lәr” adını almışlar: Müq. Georgi (bax Circis), Solunlu Dimitri, Panteleimon, Sinalı Yekaterina, Varvara, Paraskeva vә b. İsanın ölümü yenidәn doğuluş vә qurtuluş hesab edildiyindәn (Mat. 10:39; 16:25; Luka 9:24; Vәhy 20:4-6) Ə.-lәr “ikinci İsa” kimi dәyәrlәndirilmişlәr.