ƏZDİ (الازدي), Cәmalәddin ibn әl-Hәsәn ibn Qazi әl-Hәlәbi әl-Əzdi (1171, Hәlәb – 1226) – әrәb tarixçisi. “Əxbar әd-daulә әl-münqәtia” (“Parçalanmış dövlәt haqqında xәbәrlәr”) әsәrindә Abbasilәr xilafәti, Tulunilәr, İxşidilәr, Sacilәr dövlәti vә s. haqqında mәlumat vermişdir. Ə. Sacilәr sülalәsinin banisi Əbus-Sac Divdadı (9 әsr) “görkәmli türk sәrkәrdәlәrindәn” biri kimi tәsvir etmişdir. Əsәrdә Yusif ibn Əbus-Sacın dövründә Sacilәrin Hәmәdan vә Rey uğrunda döyüşlәri, Abbasilәr qoşununa qalib gәlmәlәri, Ərdәbili paytaxt etmәlәri vә s. haqqında da mәlumat var.