Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏZƏLDƏN QURULMUŞ HARMONİYA

    ƏZƏLDƏN   QURULMUŞ   HARMONİYA (fr. lʼHarmoniepréétablie) – alәmin substansional detalları olan monadaların, o cümlәdәn can vә bәdәnin qarşılıqlı әlaqәsini (“kommunikasiyalarını”) vә uzlaşmasını izah etmәk üçün Q.Leybnitsin fәlsәfәyә gәtirdiyi (1695) anlayış. Monadalar sırf psixi varlıqlar olduğundan, xarici fiziki tәsirlәri qәbul vә bir-birinә tәsir edә bilmir (“onlarda pәncәrәlәr yoxdur”); lakin daxili hәrәkәtlәrinin yaradılışı zamanı Allah tәrәfindәn qurulan sinxronluğuna görә onların hәr biri “universumu öz ahәnginә uyğun әks etdirәn canlı güzgüdür”. Tәbiәtdә müşahidә olunan “nizam” vә “gözәlliy”in әsası olan Ə.q.h. hәmçinin “canla bәdәn arasında vasitәçi”dir; onlar özlәri bütünlükdә öz qanunları ilә (can yekun sәbәblәrә, yәni mәqsәdlәrә vә sәylәrә, bәdәn isә fәaliyyәtdә olan sәbәblәrә, yәni mexanikanın qanunlarına әsasәn), “qarşılıqlı fiziki tәsir olmadan” fәaliyyәt göstәrirlәr. Allahın canla bәdәn arasında qurduğu uzlaşmanı Leybnits birbirindәn ayrı olan, lakin “tam uyğunlaşdırılmış” vә eyni zamanı göstәrәn iki müxtәlif konstruksiyalı saat nümunәsi ilә izah edirdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç