Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏZƏLƏ YIĞILMASI

    ЯЗЯЛЯ YIĞILMASI – daxil olan sinir impulsuna vә ya mediatorların tәsirinә cavab olaraq әzәlәnin qısalması, yaxud gәrginlәşmәsi. Ə.y.-nın mexanizmi müxtәlif tip әzәlә toxumalarında eynidir. İlk olaraq Ə.y. mexanizmini izah edәn hipotetik modeli 1954 ildә ingilis (A.F.Haksli vә R.Niderqerke) vә amerikan (X.Haksli vә C.Hanson) alimlәri tәklif etmişlәr. Əzәlә liflәri boyunca miofibrillәr yerlәşәn eninәzolaqlı (skelet) әzәlәlәrdә yığılma aparatı daha yaxşı nizamlanmış vәziyyәtdәdir. Miofibrillәrin hәr biri ardıcıl düzülәn, tәkrarlanan elementlәrdәn – bir-birindәn Z-disklәrlә ayrılan sarkomerlәr d ә n ibarәtdir. Sarkomerlәrdә, әsasәn, aktin zülalından ibarәt olan nazik saplar (filamentlәr) vә onlara paralel vәziyyәtdә, әsasәn, miozin zülalından әmәlә gәlmiş qalın saplar var. Qalın filamentlәrin sәthindә müәyyәn ardıcıllıqla vә dәqiq simmetriklә miozin molekullarının qlobulyar N-sonuncu sahәlәrindәn әmәlә gәlmiş başcıqlarda aktin-әlaqәlәndirici vә ATF-aza mәrkәzlәri olur. Qalın filamentin sağ vә sol hissәlәrinin başcıqları bir-birinә әks istiqamәtlәnmişdir. Hәr miozin filamentinә bir neçә nazik aktin sapları uyğun gәlir; onların bir ucu Z-diskә bәrkimiş, digәr ucu isә sarkomerin mәrkәzinә yönәlmişdir. Hәr sarkomerin sağ vә sol hissәsindә yerlәşәn aktin sapları olur. Sakit vәziyyәtdә aktin vә miozin sapları mәkanca bir-birini qismәn örtür, lakin miozinin başcığı aktinlә zәif qarşılıqlı tәsirdәdir deyә әzәlә boşalmış vәziyyәtdә qalır. Skelet әzәlәlәrinin Ə.y. hәrәki neyronlardan gәlәn vә sarkoplazmatik retikulumdan Ca2+ ionlarının azad olmasını törәdәn sinir impulslarını yaradır. Ca2+-un konsentrasiyasının artması aktiv filamentdә yerlәşәn tәnzimlәyici zülallarda (troponin vә tropomiozindә) struktur dәyişikliklәri ilә tәzahür edir, bu halda miozin başcığının aktinә birlәşmәsinә vә nazik filamentlәrin sarkomer mәrkәzinә doğru tәdricәn irәlilәmәsinә imkan yaranır. İki tip filamentlәrin bir-birinә nisbi sürüşmәsi (uzunluqları dәyişmәdәn) nәticәsindә sarkomerlәrin vә bütövlükdә miofibrillәrin qısalması baş verir. Sarkoplazmada Ca2+ ionları konsentrasiyasının azalması zamanı tәnzimlәyici zülallar ilkin vәziyyәtә qayıdır, bu da qalın vә nazik filamentlәr arasında qarşılıqlı tәsirin azalması vә әzәlәlәrin boşalması ilә nәticәlәnir. Ə.y.-nın baş vermәsi üçün miozin başcıqları tәrәfindәn ATF-nin hidrolizi hesabına azad olmuş enerjiyә tәlәbat yaranır.

    Saya әzәlәlәrdә qalın vә nazik filamentlәr eninәzolaqlı әzәlәlәrdәkinә nisbәtәn daha az  nizamlanmış  vәziyyәtdәdir. Saya әzәlәlәrin yığılmasının nizamlanması, başlıca әsas aktivliyi Ca2+ ionlarının konsentrasiyasından   vә   kalmodulin   zülalının mövcudluğundan asılı olan xüsusi fermentlә katalizә uğrayan miozinin zәif zәncirinin xüsusiyyәtinә uyğun yenidәn fosforlanması ilә baş verir. Vegetativ sinirlәrlә gәlәn impulslar, yaxud sarkoplazmada Ca2+-un konsentrasiyasının artmasına vә zәif zәncirlәrin fosforlanmasına sәbәb olan hormonal siqnallar Ə.y.-nı stimullaşdırır. 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç