Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏZGƏN

    ƏZGƏN (Kochia) – tәrәçiçәklilәr fәsilәsindәn bitki cinsi. Tükcüklü alçaq kolcuq, yarımkolcuq vә birillik otlardır. Yarpaqları oturaq, sadә, xәtvarı vә ya lansetvarıdır. Çiçәklәri xırda, görkәmsiz, tәk vә ya hәr yumaq cıqda 3–4 әdәd olmaqla tәpә yarpaqlarının әsasına yaxın yerlәşir. Çiçәkyanlığı kürәşәkilli olub, tәktoxumlu kisәcik, qanad şәkilli, bәzәn tilşәkilli әlavәlәr әmәlә gәtirәrәk meyvәnin üzәrindә qalır. 15-әdәk növü Avrasiyanın bozqır vә sәhralarında (әksәriyyәti birillikdir) vә Şimali Amerikanın q. hissәsindә (yarımkolcuqlar vә kolcuqlar) yayılmışdır. Sәrilәn Ə. (K. prostrata) Avrasiyanın bütün düzәnlik boz qırlarında vә sәhralarında, Altay vә Şimal-Qәrbi Himalay d-rından Kunlun vә Nanşan d-rınadәk yüksәkliklәrdә bitәn sәhra otlaqlarının mühüm tәrkib hissәsidir. Ərküdә Ə.-i (K. scoparia) – birillikdir; hünd. 30–150 sm; bәzәk bitkisi kimi becәrilir (tәqr. sapşәkilli tünd-yaşıl vә ya qırmızıyarpaqlı formaları becәrilir; sıx kolcuqlar әmәlә gәtirir); Avrasiya vә Şimali Afrikanın bir çox r-nlarında yabanılaşmışdır, gövdәlәrindәn süpürgә kimi istifadә edilir. Sәrilәn Ə. vә әrküdә Ə.-i arid r-nlarında yem bitkisi kimi yetişdirilir. Azәrb.-da 3 növü bitir: sәrilәn Ə., tüklüçiçәk Ə. (K. laniflora) vә әrküdә Ə.-i. Düzәnliklәrdә, qumlu, daşlı, quru, gilli torpaqlarda, dağlıq vә şorakәt yerlәrdә alaq bitkisi kimi bağ vә bostanlarda, yaşayış yerlәrinә yaxın әrazilәrdә geniş yayılmışdır. 1 növü dekorativdir.

    Сярилян язэян (Kochia prostrata).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç