ƏZGİL (Mespilus) – gülçiçәklilәr fәsilәsindәn bitki cinsi. Meyvә bitkisidir. Bir növü var – alman Ə.-i, adi Ə., yaxud Qafqaz Ə.-i (M. germanica). Yabanı halda, әsasәn, Qәrbi Avropanın, Krımın, Ön Asiyanın aşağı dağ qurşağında vә Orta Asiyanın c.-q.-indә bitir. Şimali Amerikada yabanılaşmış Sterna Ə.-i (M. canescens) xüsusi növ kimi tәsvir edilmişdir. Yarpağınıtökәn alçaqboy lu (3–6 m), birevli ağac, yaxud keçәtüklü, tikanlı zoğları olan kollardır (becәrilәni tikan sızdır). Yarpaqları lansetvarı, yaxud ellips şәkilli, tamkәnarlı, yaxud dişli olub spiral şәklindәdir, çiçәklәri isә iri vә ağ olub, zoğların ucunda tәk-tәk yerlәşir. Meyvәsi kiçik (diametri 2–3 sm, becәrilәn Ə.-in meyvәsi 5–7 sm, kütlәsi 10 q-dan artıq), kürәşәkilli, armudvarı, yaxud ellipsşәkillidir; qonurumtul, yaxud qonurumtul-sarı rәngli, iri toxumlu olur. Lәti qәhvәyi rәngdә, turş, büzücüdür; tәrkibindә şәkәr (17%-әdәk), pektin, aşı maddәsi, C vitamini, alma turşusu vә s. var. Meyvәsi sentyabrın axırı – oktyabrda yetişir; uzun müddәt ağacda qalır vә don vurduqda şirinlәşir. Tәzә halda yeyilir, turşuya qoyulur vә s. Yarpaqları, qabığı vә kal meyvәlәrindәn dәri aşılanmasında, oduncağından müxtәlif әşyalar düzәltmәk üçün istifadә olunur. Ə. isti vә işıqsevәn, kölgәyә vә quraqlığadavamlı, nisbәtәn şaxtayadavamlıdır. Zәif turşulu torpaqlarda yaxşı bitir. Balkan y-ası ölkәlәri, Türkiyә, İran, İraq, Azәrb., Türk. vә Dağ.-da yetişdirilir. Ə. toxum vә qәlәmlә çoxaldılır; әsasәn, yemişan, heyva vә armuda calaq etmәklә becәrilir. Çox vaxt Ə.-dәn yapon eriobotriyası (sәhvәn yapon Ə.-i adlanır) üçün calaqaltı kimi istifadә olunur.
Гафгаз язэили (Mespilus germanica), чичяйи вя мейвяси.