ƏZHƏR TƏBRİZİ, Z ә h i r ә d d i n Ə z h ә r ( ?–1475, Qüds) – Azәrb. xәttatı. Nәstәliq xәttinin mahir ustası olmuşdur. İlk tәhsilini Tәbrizdә almış, sonralar Xorasan, Herat vә Sәmәrqәnddә işlәmişdir. Ə.T.“Sultan әl-xәttatin” (“Xәttatlar sultanı”) adını qazanmışdır. Onun xәtti ilә yazılmış әsәrlәr Orta Asiya, İran vә Türkiyә kitabxanalarında saxlanılır.
Əd.: К а з и А х м е д. Трактат о каллиграфах и художниках. М.–Л., 1947; К а з и е в А.Ю. Художественное оформление азербайджанской рукописной книги XIII–XVII веков. М.,1977.