ƏZİLMƏ (m a t e r i a l l a r m ü q a v i m ә t i n d ә) – adәtәn materialda qalıq deformasiyasının әmәlә gәlmәsinә sәbәb olan yerli sıxılma. Ə. müxtәlif növ birlәşmәlәrdә, maşın, mexanizm vә inşaat konstruksiyaları elementlәrinin söykәnәn yerlәrindә vә sıxılmış elementlәrin toxunan hissәlәrindә әmәlә gәlir. Ə.-nin gözlәnildiyi hissәlәrdә yaranacaq gәrginliyin qiymәti h e s a b l a m a g ә r g i n l i y i ilә mәhdudlaşdırılır. Hesablama gәrginliyi toxunan sәthlәrin xarakteri, istifadә olunan materialın xassәlәri vә quruluşunun tәsir qüvvәlәrinә görә istiqamәtlәnmәsi (mәs., ağac materialında qüvvәnin ağac liflәrinin uzununa, yaxud eninә yönәlmәsi) ilә müәyyәn edilir. Ə. gәrginliklәrini, daha doğrusu, qalıq deformasiyalarını azaltmaq üçün sıxıcı qüvvәlәrin böyük sahәlәrә ötürülmәsini tәmin edәn müxtәlif konstruktiv tәdbirlәr görürlәr; mәs., qüvvәlәrin düşdüyü sahәyә konstruksiya materialına nisbәtәn daha möhkәm olan materialdan şayba, altlıq, yastıq, yaxud araqatı, içlik vә s. qoyurlar.