ƏZİMOV Böyükağa Əliqulu oğlu (16.1.1924, Bakı – 1986, Bakı) – kibernetika vә hesablama texnikası sahәsindә Azәrb. alimi, texnika e.d. (1963), prof. (1964), Azәrb. SSR EA m. üzvü (1967). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1947). 1951 ildәn resp.-da EHM-lәrin neftçıxarmada tәtbiqi laboratoriyasına rәhbәrlik etmişdir. Azәrb. SSR Nazirlәr Soveti Elm vә Texnika Komitәsi sәdrinin müavini (1957–60), Azәrb. SSR Nazirlәr Soveti Elmi Tәdqiqat İşlәrini Əlaqәlәndirmә Komitәsi sәdrinin birinci müavini vә sәdri (1961–66), Azәrb. SSR Nazirlәr Soveti elm vә texnika şöbәsinin müdiri (1966–72) olmuşdur. 1966 ildәn Azәrb. Dövlәt Neft Sәnayesi Elmi Tәdqiqat vә Layihә İn-tunda EHM laboratoriyası әsasında yaradılmış hesablama texnikası şöbәsinin müdiri, 1961 ildәn “Texniki tәrәqqi uğrunda” elmi-texniki jurnalın baş redaktoru işlәmişdir. Tәdqiqatları, әsasәn, kibernetika üsullarına, avtomatlaşdırılmış idarәetmә sistemlәrinә, neft mәdәnlәrinin elektrik enerjisi ilә tәchizinә vә s. aiddir. Elmi kadrların hazırlanmasında xidmәti var. “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Elektrik modellәrindә neft yataqlarının işlәnmәsi mәsәlәlәrinin hәlli. B., 1975; Вопросы нефтебурового электропривода. Б., 1962; Применение математических методов в ЭЦВМ к решению некоторых задач разработки нефтегазовых месторождений. Б., 1969.