ƏZİMOV Cәbrayıl Əlimuxtar oğlu (7.5.1926, Bakı – 10.7.1969, Bakı) – Azәrb. kino rәssamı. Azәrb. SSR әmәkdar rәssamı (1964). Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1946) vә Ümumittifaq Dövlәt Kinematoqrafiya İn-tunu (1953) bitirmişdir. 1953–69 illәrdә “Azәrbaycanfilm” kino studiyasında quruluşçu rәssam işlәmiş Ə. “Sevimli mahnı”, “Görüş” (1956, hәr ikisi E.Rzaquliyevlә birgә), “O olmasın, bu olsun” (1956, N.Zeynalovla birgә), “Qızmar günәş altında” (1957), “Uzaq sahillәrdә” (1958), “Mәhәbbәt dastanı” (1961), “Romeo mәnim qonşumdur” (1963), “İnsan mәskәn salır” (1967), “Qanun naminә” (1968) vә s. filmlәrin bәdii tәrtibatını vermişdir. Bir sıra mәnzәrә әsәrlәrinin (“Estakada”, 1955; “Neft buruqları”, 1955; “Yağışdan sonra”, 1957) müәllifidir. Kitab illüstrasiyası sahәsindә dә işlәmişdir.