ƏZİMOV Eldar Xasay oğlu (d.1.1.1947, Bәrdә r-nunun Mirzalıbәyli k.) – neft vә qaz yataqlarının işlәnilmәsi sahәsindә Azәrb. alimi, texnika e.d. (1988). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1969). “Neft Daşları” Neft-Qaz Çıxarma İdarәsindә (1969–71), Azәrb. SSR EA Dәrin Neft-Qaz Yataqları Problemlәri İn-tunda (1971–93), ARDNŞ-dә (1993–96) müxtәlif vәzifәlәrdә çalışmış, Azәrb. İnşaat Mühәndislәri İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir (1989–92). 1996 ildәn “Britiş Petroleum” şirkәtindә böyük mühәndis işlәyir. Tәdqiqatları layların vә quyuların tәdqiqi, yeraltı hidrodinamika sahәsindәdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. SSRİ EA-nın Qubkin ad. mükafatına layiq görülmüşdür.
Ə s ә r i: Фильтрационные процессы и идентификация параметров в многопластовых месторождениях (başqaları ilә birgә). Б., 2008.