ƏZİMOV İlham Muqbil oğlu (d.15.7. 1934, Bakı) – Azәrb. baytar hәkimi. Biologiya e.d. (1996), prof. (2009). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1959). 1959–62 illәrdә Azәrb. SSR EAnın Neft-Kimya Proseslәri İn-tunda işlәmişdir. Akad. M.Qәniyev vә prof. Ş.Mәmmәdovun rәhbәrliyi ilә heyvanların parazitar xәstәliklәrinin müalicәsi üçün 100dәn çox neft preparatını sınaqdan keçirmiş, tәsәrrüfatlara tәklif etmişdir. 1969–71 illәrdә Azәrb. Elmi Tәdqiqat Baytarlaq İntunun problem laboratoriyasında baş elmi işçi, 1971–94 illәrdә hәmin laboratoriyanın müdiri, 1994–2001 illәrdә in-tun elmi işlәr üzrә direktor müavini, 2001–12 illәrdә Azәrb. Dövlәt Baytarlıq Preparatlarına Elmi Nәzarәt İn-tunun direktoru, 2012 ildәn Azәrb. Elmi Tәdqiqat Baytarlıq İntunun baytarlıq preparatlarına dövlәt nәzarәti üzrә direktor müavinidir. Tәdqiqatları iribuynuzlu heyvanlarda, qoyunlarda, quşlarda göbәlәk xәstәliklәri, yemlәrdә zәhәrli göbәlәklәrin yayılması, zәhәrlәmәlәrin öyrәnilmәsi vә onlara qarşı mübarizәyә hәsr olunmuşdur. 160-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, 5 kitab, 2 kitabçanın müәllifidir, 5 müәlliflik şәhadәtnamәsi var. Kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Heyvanlarda mikozlar vә mikotoksikozlar. B., 2007.