ƏZİMOV Rafiq Əşrәf oğlu (d. 6.2.1938, Bakı) – Azәrb. aktyoru. Azәrb. Resp. xalq artisti (2000). Azәrb. Dövlәt Teatr İn-tunu bitirmişdir (1962). 1962 ildәn Azәrb. Dövlәt Akademik Milli Dram Teatrının aktyorudur. Rolları: Marin Miyord (“Adsız ulduz”, M.Sebastian; bu rola görә Rumın dramaturgiyası festivalının diplomuna layiq görülmüşdür, 1972, Moskva), Mirzә Cavad (“Aydın”, C.Cabbarlı), Karandışev (“Cehizsiz qız”, A.Ostrovski), Kristi Da Jen (“Şeytanın şagirdi”, B.Şou), vәzir, Vidadi (“Vaqif”, S.Vurğun), Hәmzad Qurban (“Dәli yığıncağı”, C.Mәmmәdquluzadә), Əhmәdcan, Ağayi Möhtәşәm (“Qәribә oğlan”, “Şeyx Xiyabani”, İ.Əfәndiyev) vә b. Ufada keçirilmiş “Tuqanlıq” festivalında “Burla Xatun” (N.Xәzri) tamaşasındakı İxtiyar-Dәdә Qorqud roluna görә “Türksoy” mükafatına (2000) layiq görülmüşdür. Ə. bir sıra bәdii filmdә [“Mәnim әziz atam” (“Lenfilm”, 1969), Şahsuvar (“Yeddi oğul istәrәm”, 1970), Eldarov (“Qızıl qaz”, 1972), Sadıx (“Ömrün ilk saatı”, 1973), Qaqaş (“1001-ci qastrol”, 1974), Hüseynov (“Arxadan vurulan zәrbә”, 1977), Arif (“Nә gözәldir bu dünya”, 1999), Dәyirmançı (“Buta”, 2012)] vә televiziya tamaşalarında (“Göz hәkimi”, “Astana”, “Mәnim günahım”, “Ordan-burdan”, “Nigarançılıq”, “40-cı qapı” vә s.) rollara çәkilmişdir.