ƏZİMOV Piqәm Əzimoviç (1.1.1915, Tür. Resp., Sayat r-nunun Çovdur k. – 1994) – türkmәn dilçisi, filologiya e.d. (1948), Tür. SSR EA-nın ilk dilçi akad. (1951). Tür. SSR әmәkdar elm xadimi (1961). Aşqabat Dövlәt Pedoqoji İn-tunun (1948), Tür. Dövlәt Un-tinin (1950–63) rektoru, Tür. SSR EA humanitar elmlәr bölmәsinin akad.-katibi (1951–55), Tür. SSR EA akad.-katibi (1956–66), Tür. SSR EA prezidenti (1966–75), Tür. SSR EA Dil vә Ədәbiyyat İn-tunun türkmәn-rus ikidillilik vә terminologiya şöbәsinin müdiri (1979 ildәn) olmuşdur. Ömrünün son illәrindә Tür. SSR EA Dil vә Ədәbiyyat İn-tunun direktor müşaviri işlәmişdir. “Türkmәn dili” (1950), “Müasir türkmәn dilinin leksikası” (1958), “Türkmәn dili mәsәlәlәri” (1969) vә s. әsәrlәrin müәllifidir. Lenin ordeni vә digәr orden, medallarla tәltif olunmuşdur.