ƏZİMZADƏ Yusif Əhәdulla oğlu (22.2. 1917, Bakı – 6.3.1984, Bakı) – Azәrb. yazıçısı, dramaturq, publisist. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1979). Azәrb. Sәnaye Texnikumunu bitirmişdir (1937). Gәnc Tamaşaçılar Teatrında әdәbi hissә müdiri (1945–47), “İnqilab vә mәdәniyyәt” jurnalında tәnqid şöbәsinin müdiri (1948– 51), Azәrnәşr vә Uşaqgәncnәşrdә bәdii әdәbiyyat şöbәsinin redaktoru (1951–52), “Göyәrçin” jurnalının redaktoru (1958–63), Azәrb. Yazıçılar Birliyindә tәrcümә üzrә mәslәhәtçi (1966–71), “Ədәbiyyat vә incәsәnәt” qәzetinin baş redaktoru (1963–77; fasilәlәrlә) olmuşdur. “İlk görüş” (1945), “Bakının işıqları” (1956), “Qardaşlar” (1960), “Xatırlayacaqsan” (1964) hekayә kitablarının, “Onun hәyatı” (1950), “Yenә görüşәcәyik” (1960), “İkinci hәyat” (1962), “O, qәrib deyildi” (1968), “Unutmayın” (1972) roman vә povestlәrinin müәllifidir. “Anacan” (1956), “Aprel sәhәri” (1958), “Nәsrәddin” (1959), “Qonşular” (1960), “Xatirә” (1977) vә s. pyeslәri, publisistik mәqalәlәri var. “Anacan” pyesinә görә musiqili teatrların ümumittifaq festivalının laureatı diplomuna layiq görülmüşdür (1957). Əsәrlәri bir sıra xarici dillәrә tәrcümә olunmuşdur. L.N.Tolstoy, F.M.Dostoyevski, N.V.Qoqol, A.P.Çexov, M.Qorki, A.Tolstoy, K.Simonov, O.Qonçar, C.London vә b.-ndan tәrcümәlәr etmişdir.
Əsәrlәri: Mәnim mahnılarım. B., 1976; Mәn gәnc qvardiyaçıyam. B., 1978; O, qәrib deyildi. B., 1981.