Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏZİZ NESİN

    ƏZİZ NESİN (әsl adı Mahmud  Nüsrәt; 20.12.1915, İstanbul – 6.7.1995, İzmir) – türk yazıçısı, publisist. 1935 ildә Kuleli Əsgәr liseyini, 1937 ildә Ankara Hәrbi   Mәktәbini bitirmişdir. Ə.N. 1946 ildә bahәddin Ali ilә birlikdә “Marko Paşa” satirik qәzetini nәşr etdirmәyә başlamışdır. Dövrün siyasi vәziyyәtini, xüsusilә Amerika–Türkiyә münasibәtlәrini tәnqid etdiyinә vә hökumәt әleyhinә çıxışlarına görә 1947 ildә qәzetin nәşri dayandırılmışdır. 1954 ildә “Akbaba” jurnalında müxtәlif tәxәllüslәrlә hekayәlәr dәrc etdirmәyә başlamışdır (yaradıcılığı boyunca 200-ә yaxın tәxәllüsdәn istifadә etmişdir). “Dolmuş” (1955), “Yeni qәzet” (1957), “Axşam” (1958), “Tanin” (1960), “Günaydın” (1969), “Aydınlıq” (1993) kimi qәzet vә jurnallarda nәşr olunan satirik hekayәlәri, müsahibә vә mәqalәlәri ilә müasir türk әdәbiyyatının әn tanınmış vә mәhsuldar yazıçılarından birinә çevrilmişdir. “Qazan mәrasimi” hekayәsi 1956 ildә İtaliyada (Bordiqera) keçirilәn Beynәlxalq satira müsabiqәsindә Qızıl Palma mükafatına layiq görülmüşdür. Satirik yazılarına görә bir neçә dәfә hәbs olunmuşdur. 1972 ildә Nesin vәqfini yaratmışdır. 1977 ildә Türkiyә Yazıçılar Birliyinә rәhbәrlik etmәyә başlamış vә uzun müddәt bu vәzifәdә çalışmışdır. Ə.N. ictimai vә siyasi satira ustasıdır. Hekayәlәrindә Türkiyә hәyatının ictimai-siyasi ziddiyyәtlәri (“Hansı partiya qalib gәlәcәk?”, “Afәrin”, “Kor döyüşü” vә s.), Amerika–Türkiyә әmәkdaşlığı (“Amerikan yardımı”, “Mәn necә intihar etdim” vә s.), burjua istismarı vә hәyat tәrzi (“Orkestr adam”, “Əgәr mәn qadın olsaydım”, “İş adamı” vә s.), dini tәәssübkeşlik vә cәhalәt (“Necә hacı oldum”, “Allah qәbul elәsin” vә s.) tәnqid olunur. Ə.N.-in müsbәt qәhrәmanları kiçik mәmur, sәnәtkar vә işsiz yoxsullardır (“Yoxsulluğa eşq olsun!”, “Satış mәsәlәsi”, “Meydan saatları” vә s.). Çoxlu hekayә kitabının (“Geri qalan”, “Damda dәli var”, “İt quyruğu”, “Fil Hәmdi”, “Ölmüş eşşәk”, “Bizdәn adam olmaz!”, “Sosializm gәlir, çәkilin!”, “Yaşasın mәmlәkәt!” vә s.), roman (“Qadın olan kişi”, “Erkәk Sәbahәt”, “Qol kralı” vә s.), pyes (“Bir az gәlәrsinizmi?”, “Toros canavarı”, “Tut әlimdәn, Rovni” vә s.), şeir (“Sondan başa”, “Bağışla”, “Sivas acısı”, “Tanımayacaqsan”  vә  s.),  felyeton  vә satirik nağılların (“Mәmlәkәtin birindә”, “Əziz dәdәdәn nağıllar”, “La Fontenin yaza bilmәdiyi nağıl” vә s.) müәllifidir. Əsәrlәri dünya xalqları dillәrinә, habelә Azәrb. dilinә tәrcümә olunmuşdur. Pyeslәri bir çox ölkәdә, o cümlәdәn Azәrb.-da tamaşaya qoyulmuşdur. Satirik yazıçıların beynәlxalq müsabiqәlәrindә dәfәlәrlә mükafata layiq görülmüşdür. Ankara Beynәlxalq Film Festivalı çәrçivәsindә “Əziz Nesin Əmәk Ödülü” tәsis edilmişdir. 2 dәfә Bakıda olmuşdur.

    Əsәrlәri: Hekayәlәr. B., 1962; Kor döyüşü. B., 1969; İndiki uşaqlar möcüzәdir. B., 1972; Taxtalıköydәn mәktublar. Azәrbaycan, 1977, № 6–8; Избранное, М., 1974

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç