ƏZİZ ŞƏRİF (Əziz Qurbanәli oğlu Ş ә rifo v; 28.3.1895, Naxçıvan – 1.6.1988, Moskva, Naxçıvan ş.-dә dәfn olunmuşdur) – Azәrb. әdәbiyyatşünası, tәrcümәçi, filologiya e.d. (1956), prof. (1962), Azәrb. SSR әmәkdar elm xadimi (1963). Moskva Kommersiya İn-tunda oxumuş (1915– 17), M.Qorki ad. Ədәbiyyat İn-tunu bitirmişdir (1943). 20–30-cu illәrdә Tiflisdә mәtbuat vә nәşriyyat sahәsindә çalışmışdır. Zaqafqaziya Mәrkәzi İcraiyyә Komitәsindә mәslәhәtçi (1925–35), SSRİ EA-nın Şәrqşünaslıq vә Dünya Ədәbiyyatı in-tlarında baş elmi işçi (1950–61, Moskva), Moskva Dövlәt Un-tinin filologiya fakültәsindә SSRİ xalqları әdәbiyyatı kafedrasının prof.-u (1961–88) vәzifәlәrindә çalışmışdır. 19–20 әsrlәr Azәrb. әdәbiyyatına, әdәbi әlaqәlәrә, teatr vә tәrcümә problemlәrinә dair әsәrlәrin, әdәbi-tәnqidi mәqalәlәrin müәllifidir. Ədәbi fәaliyyәtә “Molla Nәsrәddin” jurnalında 1906 ildәn dәrc olunan “Naxçıvandan mәktublar” ilә başlamışdır. M.F.Axundzadә, N.Vәzirov, C.Mәmmәdquluzadә, Ə.Haqverdiyev, C.Cabbarlı, S.Rәhimov, M.İbrahimov, Mir Cәlal vә b.-nın әsәrlәrini rus dilinә, N.V.Qoqol, A.N.Ostrovski, M.Qorki, A.Fadeyev, K.Simonov vә b. rus yazıçılarının әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir.
Əsәrlәri: Molla Nәsrәddin. B., 1946; Жизнь и поэтическое творчество Сабира. М., 1951; Рождение Молла Насреддина. Б., 1968; Вагиф – певец любви и красоты. М., 1968; Keçmiş günlәrdәn (Xatirәlәr). B., 1977; “Molla Nәsrәddin” necә yarandı?. B., 1986.