ƏZİZBƏYLİ Ramiz Hacağa oğlu (d.20.7. 1948, Bakı) – Azәrb. aktyoru, rejissor, ssenarist. Azәrb. Resp. xalq artisti (2008). Azәrb. Dövlәt İncәsәnәt İn-tunu bitirmişdir (1977). 1961 ildәn kinoya çәkilir. 1980-ci illәrә qәdәr Azәrb. Dövlәt Televiziyasında “Əylәncәli proqramlar” üçün intermediya, mәzәli sәhnәciklәr vә musiqili parodiyaların müәllifi olmuşdur. “Pirverdinin xoruzu” (1987) qısametrajlı bәdii filmi ilә rej.-luq fәaliyyәtinә başlamışdır (Kiyev Ümumittifaq kinofestivalının mükafatı, 1988). Ssenari müәllifi (müştәrәk) vә rej. olduğu “Bәxt üzüyü” filmi Asiya vә Latın Amerikası ölkәlәri kinofestivalının xüsusi diplomunu almışdır (1992, Daşkәnd; Ə. hәm dә epizodik rolda çıxış etmişdir). Quruluş verdiyi “Yalan” (2006) vә “Qovğalı kәndinin gecәlәri” (2007) filmlәri dә uğur qazanmışdır. Ə.-nin rol aldığı filmlәr: Əmirqulu (“Bağ mövsümü”, 1985), Cavidin atası (“Cavid ömrü”, 2007), Rasim (“Halal pullar”, 2008), Hacı Qara (“Sübhün sәfiri”, 2012), Salman (“Qisas almadan ölmә”, 2013) vә s. Azәrb. Dövlәt Televiziyasında bir çox filmin sәslәndirilmәsindә iştirak etmiş, “Mozalan” satirik kinojurnalında aktyor, sonralar rej. kimi fәaliyyәt göstәrmişdir. Teatr tamaşalarında bir sıra maraqlı obrazlar yaratmışdır: Bilal (“Axırı sakitlikdir”, 2003, Azәrb. Dövlәt Gәnclәr Teatrı), Mәşәdi İbad (“O olmasın, bu olsun”, 2005, C.Cabbarlı ad. İrәvan Azәrb. Dövlәt Teatrı), Soltan bәy (“Arşın mal alan”, 2012, Azәrb. Dövlәt Opera vә Balet Teatrı) vә b. Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-tindә estrada vә musiqili teatr rejissorluğu kafedrasının müdiridir (2011 ildәn).