ƏZİZBƏYOVA Zibeydә Salam qızı (30. 12.1915, Şamaxı – 28.5.1985, Bakı) – Azәrb. bitki fizioloqu, biologiya e.d. (1965). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1937). 1967 ildәn Azәrb. SSR EA L.M. Komarov ad. Botanika İn-tunda laboratoriya müdiri işlәmişdir. Tәdqiqatları bitkilәrin duzadavamlılığının öyrәnilmәsinә hәsr edilmişdir. Bir neçә elmi әsәrin müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Повышение солеустойчивости хлопчатника, кукурузы и люцерны. Б., 1964.