ƏZİZBƏYOVA Püstәxanım Əzizağa qızı (29.12.1928, Bakı – 8.1.1998, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1961), prof. (1962), Azәrb. EA-nın akad. (1980; 1972 m. üzvü). Azәrb. SSR әmәkdar elm xadimi (1982). Ə.Əzizbәyovun qızıdır. Azә Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1951). Bir müddәt M.Əzizbәyovun ev-muzeyinin direktoru, Azәrbaycan Tarixi muzeyinin sovet dövrü şöbәsinin müdiri (1955–61) işlәmiş, 1961 ildәn ömrünün sonunadәk hәmin muzeyin direktoru olmuşdur. Amerika Muzeylәri Assosiasiyasının (1964), Sovet Qadınları Komitәsinin (1968) üzvü idi. 300-ә yaxın elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. “Qırmızı Əmәk Bayrağı”, “Şәrәf nişanı” ordenlәri vә medallarla tәltif olunmuşdur.