ƏZİZKƏND, Aşağı Camışbasan – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә, Vedi çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә ermәnilәr tәrәfindәn dağıdılmış, yandırılmış, әhalisi vәhşicәsinә qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhalinin az bir hissәsi geri qayıdaraq yenidәn burada mәskunlaşmış, lakin 1949 ildә kәndin bütün әhalisi Azәrb.-a deportasiya olunmuşdur.