ƏZİZOV Abdulsәid Əbdülhәmid oğlu (d.1.5.1956, Qәbәlә r-nunun Vәndam k.) – Azәrb. kimyaçısı, kimya e.d. (2004), prof. (2010). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1973). Hәmin un-tdә 1978–2006 illәrdә laboratoriya müdiri, müәllim, baş müәllim, dosent, prof. vәzifәlәrindә işlәmiş, 2006 ildәn kimya fakültәsinin dekanıdır. Tәdqiqatları polimerlәrin xlorlaşma vә oksidlәşdirici xlorfosforlaşması ilә kimyәvi modifikasiyası, polimer nanokompozitlәrin sintezi sahәsindәdir. 150-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.