ƏZİZOV Adil Mürsәli oğlu [d.14.7.1951, Şamaxı r-nunun (indiki Qobustan r-nunun) Tәklә k.] – Azәrb. kimyaçısı, kimya e.d. (1991), prof. (2008). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1972). Azәrb. Memarlıq vә İnşaat Un-tindә patent şöbәsinin müdiri (1987–93 ), prof. әvәzi (1993–2008) işlәmiş, 2008 ildәn prof. vәzifәsindә çalışır. Tәdqiqatları α, ω-aminspirtlәrin vә onların dördәvәzli törәmәlәrinin halogen-üzvi birlәşmәlәrlә reaksiyalarının dördfazalı sistemdә öyrәnilmәsinә hәsr edilmişdir. İlk dәfә olaraq yeni tipli bipolyar ionların generasiyasını isbatlamışdır. 90-adәk elmi әsәrin müәllifidir.