ƏZİZOV Akif Hәmid oğlu (2.11.1943, Ağdәrә r-nunun Umudlu k. – 18.11.2016, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1991), prof. (1992). AMEA-nın akad. (2014; m. üzvü 2001), Azәrb. Resp. әmәkdar elm xadimi (2009). MDU-nu bitirmişdir (1966). Azәrb. SSR EA NeftKimya Proseslәri İn-tunda baş elmi işçi (1972–85), laboratoriya müdiri (1985–89), elmi işlәr üzrә direktor müavini (1988–2014), eyni zamanda Azәrb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrә Ekspert Şurasının sәdri (2009–10) vәzifәlәrindә işlәmişdir. AMEA-nın Polimer Materialları İn-tunun direktoru olmuşdur (2014–16). Tәdqiqatları, әsasәn, oliqomerlәşmә, polimerlәşmә, efirlәşmә vә s. proseslәr üçün yeni metal-kompleks, metal-üzvi, ion-maye tipli katalizatorların işlәnib-hazırlanmasına vә onların әsasında bir sıra monomer, oliqomer vә polimerlәrin alınmasına, tәtbiq sahәlәrinin müәyyәnlәşdirilmәsinә hәsr edilmişdir. 590-dan çox elmi әsәrin, o cümlәdәn monoqrafiya vә kitabların müәllifidir.
Əsәri: Некоторые аспекты металлорганического катализа процессов олигомеризации и полимеризации. т.1. Б., 2009.