ƏZİZOV Elbrus İslam oğlu (d.25.11.1947, Bәrdә r-nunun Lәnbәran k.) – Azәrb dilçisi, türkoloq, filologiya e.d. (1991), prof. (1994), әmәkdar müәllim (2009). Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini bitirmişdir (1970). 1974–2011 illәrdә hәmin fakültәdә müәllim, baş müәllim, dosent, prof., dekan vәzifәlәrindә işlәmiş, 2011 ildәn türkologiya kafedrasının prof.-udur. Tәdqiqatları Azәrb. dialektologiyası, dil tarixi, onomastika vә ümumi türkologiya problemlәrinә hәsr edilmişdir. 2 monoqrafiyanın, 100-dәn çox mәqalәnin müәllifidir.
Əsәrlәri: Söz xәzinәsi (Söz haqqında araşdırmalar). B., 1995; Azәrbaycan dilinin tarixi dialektologiyası. Dialekt sisteminin tәşәkkülü vә inkişafı. B., 2016.