ƏZİZOV İbrahim Vahab oğlu (d.5.8.1947, Zaqatala r-nunun Qarqay k.) – Azәrb. bitki fizioloqu, biologiya e.d. (1994), AMEAnın m. üzvü (2001). Zaqatala Kәnd Tәsәrrüfatı Texnikumunu (1965), Azәrb. Dövlәt Un-tini (1971) bitirmişdir. Azәrb. SSR EA-nın Botanika İn-tunda kiçik elmi işci (1975–85), aparıcı elmi işçi (1985–94), baş elmi işçi (1994–2000) olmuş, 2010 ildәn laboratoriya müdiridir. 1985 ildәn ADU-da (indiki Bakı Dövlәt Un-ti) ixtisas dәrslәrini tәdris edir. Tәdqiqatları müxtәlif buğda sortlarının ontogenezindә fotokimyәvi reaksiyaların sürәtinә, bitkilәrdә stress amillәrinә qarşı davamlılıq mexanizmlәrinә, radioprotektorların şüalanmış orqanizmlәrә tәsirinә, bioremediasiya üsullarının işlәnmәsi vә tәtbiqinә hәsr olunmuşdur. 235 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Kadr hazırlanmasında xidmәti var. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2005).
Əsәri: Фотосинтетическая способность и развитие хлоропластов в онтогенезе пщеницы (C.Ə.Əliyev vә E.H.Qazıbәyova ilә birgә). В., 1988.