ƏZİZOVA Fәridә Əhәd qızı (d.16.8.1954, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya üzrә e.d. (2013). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1976). 1981 ildәn AMEA Nizami ad. Ədәbiyyat İn-tunda işlәyir (2014 ildәn baş elmi işçi). Tәdqiqatları, әsasәn, әrәb klassik poeziyasında yer alan Azәrb. әdib vә şairlәrinin öyrәnilmәsi problemlәrinә hәsr edilmişdir. 100-ә yaxın elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir.
Əsәrlәri: Древнетюркские элементы и веяния в джахилийской арабской поэзии. B., 2007; Арабизированные авторы в эволюции арабской классической поэзии. B.,2009; Литературное посредничество как система в Арабском Халифате. B., 2009.