ƏZİZOVA Gülәnbәr Arif qızı (d.19.11.1964, Bakı) – Azәrb. iqtisadçısı, iqtisadiyyat üzrә e.d. (2009). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1986). 1992–2001 illәrdә AMEA-nın İqtisadiyyat İn-tunda elmi işçi, 2001–09 illәrdә “Əmәk bazarı vә mәşğulluğun sosial-iqtisadi problemlәri” şöbәsinin müdiri olmuşdur. 2009 ildәn Azәrb. Dövlәt İqtisadiyyat Un-tindә çalışır. Tәdqiqatları, әsasәn, әmәk bazarı, mәşğulluq vә işsizliyin nәzәri-praktik problemlәrinә aiddir. 3 monoqrafiyanın vә 40dan çox elmi әsәrin müәllifidir.
Əsәrlәri: Dövlәtin İnvestisiya-İnnovasiya Siyasәti. B., 2012; İqtisadiyyatın tәnzimlәnmәsi. B., 2015; Azәrbaycanın әmәk bazarı: problemlәr vә perspektivlәr . B., 2016.