ƏZVAY (Aloe), aloye – zanbaqkimilәr sırasının asfodelkimilәr fәsilәsindәn bitki cinsi (çox vaxt zanbaqkimilәr fәsilәsinә aid edilir). Ağacşәkilli, kol, yaxud otşәkilli sukkulent kserofitlәr, bәzәn lianalardır. Yarpaqları әtli, çox şirәli, dişli, kökyanı, yaxyd tәpәdәki sıx rozetlәrdә yerlәşmişdir. Çiçәklәri boruşәkilli, yaxud dar zәngvarı, qırmızı, narıncı, yaxud sarı olub salxım, yaxud süpürgә çiçәk qrupunda toplanmışdır. Meyvәlәri çoxlu toxumları olan qutucuqlardan ibarәtdir. Cәnubi vә Tropik Afrikanın quraq vil.-lәrindә, Maskaren a-rında, Madaqaskarda, Ərәbistan y-a-nın c.-unda 360-dan artıq növü yayılmışdır. Ağacşәkilli Ə. (A. arborescens) özünün müalicәvi xassәlәri (dezinfeksiyaedici, yarasağaldan, ümumi qüvvәtlәndirici tәsirli) ilә mәşhur olan otaq bitkisidir; tәbii şәraitdә toxumlarla çoxaldılır. Bir çox növlәri [mәs., әsl Ə. (A. vera) vә qorxmaz Ə. (A. ferox)] әczaçılıqda vә әtriyyat sәnayesindә istifadә edilәn dәrman xammalı almaq üçün becәrilir.