FABİÇİLİK – B.Britaniyada fәlsәfi-iqtisadi cәrәyan. F. tәrәfdarları sosializmi iqtisadi inkişafın qaçılmaz nәticәsi sayır, inqilabı rәdd edir, proletariatın sinfi mübarizәsinә qarşı çıxır, Müstәqil fәhlә partiyasının (1893) vә Leyboristlәr partiyasının (1900) yaradılmasını dәstәklәyirdilәr. S.C. vә B.Vebb, E.Kennan, C.D.H.Koul, K.Blek, R.Blatçford, T.Baloq, yazıçılardan B.Şou vә H.Uells, alimlәrdәn C.M.Keyns, B.Rassel, U.Beveric, R.H.Touni, E.Nesbit vә b. F.-in görkәmli nümayәndәlәri olmuşlar.
İqtisadi nәzәriyyә sahәsindә F.-in әsasını U.S.Cevons vә C.S.Millin әsәrlәri tәşkil edirdi. F. nümayәndәlәri “bәlәdiyyә sosializmi” nәzәriyyәsini irәli sürür vә müәssisәlәrin, әmlakın bәlәdiyyәlәrә keçmәsini xalq idarәçiliyi hesab edirdilәr ki, bu da sosialist cәmiyyәtinin qurulması üçün zәruri idi. F. tәrәfdarlarının qәnaәtinә görә, kapitalizmin sosializm cәmiyyәtinә çevrilmәsi tәdricәn, institusional islahatlar nәticәsindә baş vermәlidir. 20 әsrin әvvәllәrindә F. nümayәndәlәri Milli gildiya liqasını yaratmış vә “gildiya sosializmi” konsepsiyasını formulә etmişlәr. F. ideyalarını yaymaq mәqsәdilә Fabi cәmiyyәti açıq mühazirәlәr tәşkil edir, kitablar (“Fabian Tracts”) няшр етдирир.