Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FACİƏVİLİK

    FACİƏVİLİK – fәlsәfi vә estetik kateqoriya; insanın sәrbәst fәaliyyәti zamanı ona iztirab gәtirәn, hәyat üçün mühüm sәrvәti әhәmiyyәt kәsb edәn şeyin mәhvi prosesindә baş verәn hәlledilmәz ictimai-tarixi münaqişәni sәciyyәlәndirir. Mәyusluqdan vә dәhşәtdәn fәrqli olaraq, F. tәsadüfi kәnar qüvvәlәr tәrәfindәn yaradılmır, mәhvә mәhkum hadisәnin daxili tәbiәtindәn törәyir. F. insan fәaliyyәtinin sәrbәstliyini, müstәqilliyini nәzәrdә tutur. F.-dәki ziddiyyәt budur ki, mәhz insanın sәrbәst fәaliyyәti onu mәhvә aparan qarşısıalınmaz zәrurәti hәyata keçirir; insan hәmin fәlakәtin qarşısını almağa vә ya ondan qurtulmağa çalışdığı yerdә hәmin zәrurәt onu yaxalayır (buna faciәvi istehza deyilir). F.-in mühüm ünsürü olan mәyusluq vә dәhşәt tәsadüfi xarici qüvvәnin müdaxilәsinin nәticәsi kimi deyil, insanın öz fәaliyyәtinin nәticәsi kimi faciәvidir. Mәrhәmәt vә kәdәr oyadan melodramatiklikdәn fәrqli olaraq, insanın öz ümidsiz taleyinin sadәcә passiv obyektinә çevrildiyi yerdә F. ola bilmәz. F.-in ülviliklә yaxınlığı insanın iztirabında tәzahür edәn lәyaqәt vә әzәmәt ideyasından ayrılmazlığındadır. Qәhrәmanın ülvi-coşqun iztirabının forması kimi F. nikbinlik vә bәdbinlik antinomiyası hüdudundan kәnara çıxır: 1-ci F.-dә aşkara çıxan toqquşmanın hәllolunmazlığı ilә, itirilmәsi arzu olunmayanın әvәzsiz itirilmәsi ilә, 2-ci – taleyin hökmünә qarşı çıxan, mәğlub olduqda belә onunla barışmayan şәxsiyyәtin qәhrәmancasına fәallığı ilә istisna edilir.

    F.-in hәmişә onun bәdii formalaşma strukturunu (mәs., dramın faciә növü) şәrtlәndirәn ictimai-tarixi mәzmunu olmuşdur. F.antik dövrdә şәxsi başlanğıcın zәif inkişafı, tәbiәt vә cәmiyyәt üzәrindә hökmran olan taleyin obyektivist-kosmoloji anlamı ilә sәciyyәlәnirdi; bu zaman polis maraqları (polisi himayә edәn allahlar onun tәrәfindә idi) qeyd-şәrtsiz olaraq  şәxsi maraqların fövqündә dururdu. Ona görә F. antik dövrdә çox vaxt qismәt vә tale anlayışları vasitәsilә tәsvir edilirdi ki, bu da Yeni Avropa anlamındakı F.-in tam әksi idi; burada F.-in mәnbәyi subyektin özü, daxili alәmi vә onunla şәrtlәnәn hәrәkәtlәridir (U.Şekspir).

    Antik vә orta әsrlәr fәlsәfәsindә xüsusi F. nәzәriyyәsi yoxdur; burada F. tәlimi varlıq tәliminin ayrılmaz hissәsidir. Qәdim yunan fәlsәfәsindә -in anlaşılmasının nümunәsi kimi Aristotelin şәrhini göstәrmәk olar. Nus (“ağıl”) haqqında Aristotel tәliminә görә, F. bu әbәdi, müstәqil “ağlın” kәnar varlığın hökmranlığı altına düşdüyü vә әbәdidәn zamandan asılı olana, müstәqildәn zәrurәtә tabe olana, mәmnundan әzabkeşә çevrildiyi vaxt yaranır. Bundan sonra bütün sevinc vә kәdәrlәri, xoşbәxtlikdәn bәdbәxtliyә keçidlәri, günahları, cinayәtlәri, cәzaları, “nus”un әbәdi müqәddәs saflığının lәkәlәnmәsi vә bu saflığın yenidәn qaytarılması ilә birlikdә insanın “fәaliyyәti vә hәyatı” başlayır. Ağlın “tәsadüf” vә “zәrurәtә” tabe olması şüursuz vәziyyәtdә edilmiş “cinayәtdir”. Lakin gec vә ya tez әvvәlki mәmnunluq halının xatırlanması, yaxud tanınması baş verir, cinayәtin üstü açılır vә dәyәrlәndirilir. Onda insan varlığının müqәddәs saflıqla cinayәtin ziddiyyәtindәn doğan sarsıntısı ilә şәrtlәnmiş faciәvi pafosun zamanı yetişir. Cinayәtin dәrki lәkәlәnmiş saflığın bәrpasının başlanğıcıdır; bәrpaolunma “qorxu” vә “mәrhәmәt”lә gerçәklәşәn cәza şәklindә çıxış edir. Nәticәdә ehtirasların “tәmizlәnmәsi” (katarsis) vә “ağlın” pozulmuş tarazlığının bәrpası baş verir.

    İnsanın azad şәxsi başlanğıcına etibar etmәyәn Qәdim Şәrq fәlsәfәsindә (o cümlәdәn hәyatın patetik mahiyyәtini anlayan, lakin onu pessimistcәsinә dәyәrlәndirәn buddizmdә) F. anlayışı işlәnmәmişdir. Orta әsrlәr dünyagörüşü özünün ilahi alın yazısına vә taleyin dolanbaclarını aşan axirәt qurtuluşuna qeyd-şәrtsiz inamı ilә mahiyyәtcә F. problemini aradan qaldırırdı: dünyanın günaha batması, bәşәriyyәtin şәxsiyyәt mütlәqindәn ayrı düşmәsi faciәsi İsa Mәsihin özünü qurban vermәsi vә yaranışın öz ilkin tәmizliyinә qayıdışı ilә bәrtәrәf olur.

    17–18 әsrlәr klassisizm vә Maarifçilik estetikasında N.Bualo, D.Didro, Q.E.Lessinq, F.-in mәnbәyini insanın hissi vә mәnәvi tәbiәti arasındakı konfliktdә görәn F.Şiller (“Sәnәtdә faciәvilik haqqında”, 1792) faciәni әdәbi janr kimi tәhlil edirdilәr. F. kateqoriyasının ayrıca öyrәnilmәsi vә fәlsәfi dәrki alman klassik estetikasında, ilk növbәdә Şellinqdә Hegeldә nәzәrә çarpır. Şellinqә görә, -in mahiyyәti “…subyekt daxilindә azadlığın mübarizәsindә vә obyektiv olanın zәruriliyindә…”dir, hәm dә hәr iki tәrәf “…eyni zamanda hәm qalib, hәm dә mәğlub kimi – qәtiyyәn fәrqlәndirilmәdәn tәqdim olunur” (“Sәnәt fәlsәfәsi” әsәri). Zәrurәt, tale heç bir qәrәz olmadan, sadәcә әvvәlcәdәn müәyyәnlәşmiş şәraitә görә qәhrәmanı günahkar edir. Qәhrәman zәrurәtlә mübarizә aparmalı (passiv şәkildә onu qәbul etdiyi halda azadlığı olmayacaq) vә ona mәğlub olmalıdır. Lakin zәrurәtin qalib olmaması üçün qәhrәman taleyin öncәdәn hazırladığı günahı könüllü olaraq yumalıdır. Azadlığın qәlәbәsi dә mәhz qaçılmaz günah naminә bu cür könüllü cәza çәkmәkdәn ibarәtdir.

    Hegel F.-i iradә vә hәyatakeçmә sahәsi kimi mәnәvi substansiyanın öz-özünә ikilәşmәsindә görürdü. Onu tәşkil edәn mәnәvi qüvvәlәr vә fәaliyyәtdә olan xarakterlәr öz mәzmunu vә fәrdi tәzahürünә görә fәrqlәnir vә bu fәrqlәrin ortaya qoyulması zәruri olaraq münaqişәyә gәtirib çıxarır. Müxtәlif mәnәvi qüvvәlәrin hәr biri hәrәkәtdә gerçәklәşәn müәyyәn pafosla müәyyәn mәqsәdi hәyata keçirmәyә çalışır vә öz mәzmununun bu cür birtәrәfli müәyyәnliyi ilә qaçılmaz olaraq әks tәrәfi pozur, onunla toqquşur. Toqquşan qüvvәlәrin mәhvi pozulmuş tarazlığı yeni vә daha yüksәk sәviyyәdә bәrpa edir vә bununla ruhun inkişaf prosesinә yardım göstәrәrәk, universal substansiyanı irәli aparır.

    Hegel vә romantiklәr (A.Şlegel, Şellinq) F.-in antik vә Yeni Avropa anlamının tipoloji tәhlilini vermişlәr. Antik F.-dә insan öz taleyinin passiv obyekti kimi çıxış etdiyi halda, romantiklәrdә insanın başına gәlmiş bütün bәlaların vә fәlakәtlәrin günahkarı insan özüdür. S.Kyerkeqor bununla bağlı faciәvi günah hissinin keçmişdә vә yeni dövrdә müxtәlif mәna daşıdığını qeyd edirdi: antik faciәdә kәdәr daha dәrin, ağrı daha az, müasir faciәdә isә әksinәdir, çünki ağrı şәxsi günahın dәrki, onunla әlaqәdar refleksiya ilә bağlıdır.

    Alman klassik fәlsәfәsi vә ilk növbәdә Hegel fәlsәfәsi F.-i iradәnin şüurluluğundan vә faciәvi konfliktin dәrk oluna bilmәsindәn (burada ideyanın qәlәbәsi onun daşıyıcısının ölümü bahasına әldә olunurdu) çıxış edәrәk anladırdısa, A.Şopenhauerin vә F.Nitsşenin irrasionalist fәlsәfәsindә bu әnәnә qırılırdı, belә ki, dünyanın hәr hansı mәnasının olması belә şübhә altına alınırdı. İradәni mәnәviyyatsız vә ağılsız hesab edәn Şopenhauer F.-in mahiyyәtini kor iradәnin öz-özü ilә mübarizә aparmasında, mәnasız әzabkeşlikdә vә әdalәtin mәhvindә görürdü. Nitsşe F.-i varlığın ilkin xaotik, irrasional vә formasız mahiyyәti kimi sәciyyәlәndirirdi (“Faciәnin musiqi ruhundan doğulması”, 1872). 20 әsrdә F.-in irrasional şәrhi ekzistensializmdә davam etdirilirdi. K.Yaspersә görә, hәqiqi F. “… universal iflas insan mövcudluğunun başlıca sәciyyәsidir” fikrini anlamaqdan ibarәtdir. L.Şestov, A.Kamyu, J.-P.Sartr F.-i mövcudluğun әsassızlığı, absurdluğu ilә әlaqәlәndirirdilәr. Marksizm F.-i istismarçı cәmiyyәt antaqonizminin obyektiv ilkin şәrtlәri hesab edirdi. T.Adorno F.-i burjua cәmiyyәtinin vә onun mәdәniyyәtinin “neqativ dialektika” mövqeyindәn tәnqid etmәk yolu ilә araşdırırdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç