FADÉYEV Aleksandr Aleksandroviç (24.12.1901, Tver qub., Kimrı к. – 13.5. 1956, Moskva) – rus yazıçısı, ictimai xadim. SSRİ Dövlәt mükafatı laureatı (1946). 1908 ildәn Uzaq Şәrqdә yaşamış, Vladivostokda ticarәt mәktәbindә tәhsil almışdır (1912–18). Rusiyada vәtәndaş müharibәsindә (1918–20) iştirak etmiшдир. 1921–24 illәrdә Moskvada mәdәn akademiyasında oxumuş, 1924–26 illәrdә Krasnodar vә Rostov-Donda partiya işindә çalışmışdır. SSRİ Yazıçılar İttifaqı İdarә Heyәtinin katibi (1939–44; 1954–56), Baş katibi vә sәdri (1946–54), Ümumdünya Sülh Şurasının vitse-prezidenti (1950 ildәn) olmuşdur.
Əsәrlәri 1923 ildәn dәrc olunmağa başlamışdır (“Axına qarşı” hekayәsi, sonrakı adı “Amqun polkunun yaranması”). 1924 ildә “Daşqın” povesti nәşr edilmişdir. “Tar-mar” (1927) romanı ilә şöhrәt qazanmışdır. “Axırıncı udege” (h.1–4, 1929– 40, bitmәmişdir), “Gәnc qvardiya” (1945, 2-ci red. 1951), “Qara metallurgiya” (bitmәmişdir) romanlarının, “Leninqrad mühasirә günlәrindә” (1944) kitabının müәllifidir. Əsәrlәri sәhnәlәşdirilmiş, ekranlaşdırılmış vә bir çox xarici dilә tәrcümә olunmuşdur. İntihar etmişdir. F. dәfәlәrlә Azәrb.-da olmuş, 1947 ildә N.Gәncәvinin 800 illik yubileyindә yaxından iştirak etmişdir. S.Vurğunla şәxsi vә yaradıcılıq dostluğu saxlamışdır. Əsәrlәri Azәrb.dilinә tәrcümә olunmuşdur.