FAİZ DƏRƏCƏSİ – pulun vә ya kapitalın istifadә qiymәti. F.d. vahid zaman kәsiyindә ssuda ödәnişi qismindә ödәnilәn pul mәblәğinin ssudanın hәcminә nisbәti şәklindә hesablanır. F.d.-nin sәviyyәsi vә dinamikası sazişlәrin iqtisadi mәzmunundan, faizin hesabaalma dәrәcәsindәn, kredit müddәtindәn vә s. asılı olaraq fәrqlәndirilir.