Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAİZ TARİFİ SİYASƏTİ

    FAİZ  TARİFİ  SİYASƏTİ – rәsmi (hesablama) faiz tarifini dәyişmәklә dövlәt (mәrkәzi bank) tәrәfindәn kredit resurslarının qiymәtinin tәnzimlәnmәsi. Hesablama tarifi, yaxud tәkrar maliyyәlәşdirmә tarifi ölkәnin mәrkәzi bankının digәr banklara, ilk növbәdә, kommersiya banklarına tәqdim etdiyi kredit faizidir. Mәrkәzi bank faiz sini dәyişmәklә kommersiya banklarının kredit imkanlarını yüksәldir, yaxud aşağı salır vә bununla da ölkә iqtisadiyyatında kredit resurslarının ümumi hәcminә tәsir göstәrir. Tәkrar maliyyәlәşdirmә tarifinin azaldılması investisiya tәlәbatını aktivlәşdirmәk vә istehsalı stimullaşdırmaq mәqsәdilә hәyata keçirilir. Hesablama tarifinin yüksәldilmәsi (kreditlәrin bahalaşması) iqtisadi konyunkturanın “hәddәn artıq qızışması”nın vә inflyasiyanın artmasının qarşısını alır, çünki rәsmi tariflәr artdıqca, kommersiya bankları da müştәrilәr üçün faiz dәrәcәsini qaldırır.

    F.t.s. beynәlxalq kapital bazarını formalaşdıran mühüm amildir vә özәl kapitalın ölkәyә cәlb olunmasına, yaxud әksinә, ölkәdәn çıxarılmasına yardım edir.

    F.t.s.-nin makroiqtisadi şәraitә tәnzimlәyici tәsirinin mәhdudluğu bir sıra amillәrlә bağlıdır. Əvvәla, әgәr kommersiya bankları öz resurslarını mәrkәzi bankın kreditlәri hesabına deyil, daha çox digәr mәnbәlәr hesabına formalaşdırırsa, onda bu metod demәk olar ki, tamamilә öz effektivliyini itirir. İkincisi, iqtisadi konyunkturanın әlverişliliyi tәkcә kreditin qiymәtindәn deyil, eyni zamanda maliyyә-kredit, vergi vә ümumtәsәrrüfat sferalarında işlәrin konkret vәziyyәtindәn asılıdır. Üçüncüsü, rәsmi faiz dәrәcәsinin dәyişmәsi pulkredit sferasında yalnız cüzi pozuntular şәraitindә adekvat nәticә verә bilәr. Ciddi uyğunsuzluqlar olduqda isә daha sәrt birbaşa inzibati tәnzimlәmә siyasәti tәtbiq edilmәlidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç