FAİZXANOV Xusain (Hüseyn) [1828, Simbirsk qub.-nın Kurmış qәzasının Sabaçay k. (indiki Nijni Novqorod vil.-nin Krasnaya Qorka k.) – 9.9.1866, orada] – tatar alimi vә ictimai xadimi, şәrqşünas, pedaqoq vә xәttat. Kazan vә Buxarada mükәmmәl müsәlman tәhsili almış, Mәrcaninin tәlәbәsi olmuşdur. 1840-cı illәrin sonlarından İ.N.Berezin, M.Kazım bәy vә Kazan Un-tinin digәr şәrqşünasları ilә әmәkdaşlıq etmişdir. 1857 ildәn S.-Peterburq Un-tinin Şәrq dillәri fakültәsindә türk vә tatar dillәrindәn dәrs demiş, tatar dilinin qrammatikasını (1862) nәşr etdirmişdir. Asiya muzeyinin әlyazmalarını siyahıya almış vә qısa tәsvirlәrini vermiş, Şәrq tarixi әsәrlәrini vә sәnәdlәrini toplamış vә tәrcümә etmişdir. 1858 ildә EA-nın tapşırığı ilә Xarici İşlәr Nazirliyinin arxivindәki Krım xanlarının diplomatik mәktublarını, 1860 ildә V.V.Velyaminov-Zernov üçün Kasimovun tatar epitafiyalarını tәdqiq etmişdir. Qәdim Bulqar ş.-nin epitafiyalarının deşifrlәnmәsi metodunu işlәyib hazırlamışdır. Rusiya Arxeologiya Cәmiyyәtinin üzvü (1859) idi. Volqaboyu müsәlmanlarının tarixinә dair әsәrlәrin, mәdrәsә islahatları layihәlәrinin (2000-ci illәrin әvvәllәrindә dәrc edilmişdir) müәllifidir.
2004 ildәn Nijni Novqorod ş.-ndә hәr il Faizxanov qiraәtlәri keçirilir.
Əd.: Фаизханов Хусаин. Жизнь и наследие: историко-документальный сборник. Нижний Новгород. 2008.