Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    FAKOSKLEROZ

    FAKOSKLEROZ – göz büllurunun sklerozu. Etiologiyas ı: yaşın 60-dan yuxarı olması, irsi amillәr, yaxındangörmә, müalicәsiz qalmış katarakta, qlaukoma, şәkәrli diabet, buynuz qişanın yarası. İnsanda göz büllurunun forma vә strukturu yaşla әlaqәdar olaraq dәyişir. Uşaqlarda göz bülluru yumşaq vә elastik, şәffaf, kürәvi formada, yaşlılarda isә yastılaşmış formada vә sarımtıl çalarlı olur. Simptomlar ı: gözyaşının axması, işıqdanqorxma, göz almasında vә gicgahlarda küt ağrı vә gәrginlik, astenopiya – mütaliә zamanı sәtirlәrin vә hәrflәrin qarışması, uzaqdan görmәnin inkişafı.

    Diaqnostikas ı. F.-a diaqnoz qoymaq üçün ilk növbәdә yan tәrәfdәn işıqlandırmaqla 20 dp-lı linzadan istifadә edәrәk göz büllurunu müayinә edirlәr. Müayinә hәmçinin ötüb-keçәn işıqda da aparılır.

    Belә müayinәnin kömәyilә göz bülluru formasının dәyişmәsini müşahidә etmәk olur. F. zamanı oftalmoloq gözün biomikroskopiyasını hәyata keçirir (nov lampasının kömәyilә gözün struktur müayinәsi aparılır). Belә prosedur gözün vәziyyәtinin әn cüzi dәyişikliklәrini, göz bülluru bulanmasının lokalizasiyasını aşkar etmәyә imkan verir. Ümumiyyәtlә, bu prosedurun diaqnostika imkanı çox genişdir. Hәkim biomikroskopiyanın kömәyilә göz büllurunun vәziyyәti, rәngi vә forması haqqında dәqiq mәlumat alır. Ultrasәs A–skanlaşdırma (exobiometriya) F.-un aşkar edilmәsindә daha bir yüksәk effektli diaqnostika prosedurudur. Bunun kömәyi ilә gözün müxtәlif hissәlәrinin vәziyyәtini dәqiq müәyyәn etmәk mümkündür.

    Müalicәsi. F.-un öz-özünә görmәni azaltmaması xәstәliyin fәrqlәndirici xüsusiyyәtidir. Əksәr hallarda göz bülluru F.-u ancaq orqanizmdә gedәn yaş dәyişikliklәri ilә әlaqәdardır. Belә vәziyyәtdә. F.-a xüsusi müalicә tәlәb olunmur.

    Profilaktikası. Xәstәlik, әsasәn, orqanizmin tәravәtinin itmәsi ilә әlaqәdar olduğu üçün onun profilaktikası tam orqanizmin sağlamlığının saxlanmasına doğru yönәldilmәlidir: sağlam hәyat tәrzi, şәkәrli diabetin qarşısının alınması, oftalmoloqun vaxtlı-vaxtında müayinәsi, kataraktanın vә qlaukomanın profilaktikası, mümkün qәdәr gözün buynuz qişasının travmadan qorunması.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç