FAKSÍMİLE (lat. fac simile – dәqiq bәnzәrini düzәlt) – 1) imza, әlyazması, sәnәd vә digәr qrafik orijinalların fotoqrafiya vә ya çap üsulu ilә çıxarılan dәqiq surәti; 2) informatikada – sәnәd, sxem, rәsm, fotoşәkil vә s. informasiyanın elektron ötürülmәsi sistemi; 3) imzanın surәti әks olunmuş klişe-möhür.