FAKTÓRİNQ (ing. factoring, factor – “agent, vasitәçi” sözündәn) – kommersiya banklarının, yaxud onların törәmә faktorfirmalarının kiçik vә orta firmalara (müştәrilәrә) göstәrdiyi maliyyә xidmәtlәri növü; müştәrinin borcludan borcunu almaq hüququnu faktor-firmaya vermәsi. Faktor-firma müştәridәn borcların tәlәb edilmәsi hüququnu alır vә öz müştәrilәrinin borclularına olan tәlәblәrini qismәn ödәyir, yәni borclunun ödәmәli olduğu vaxta qәdәr borcun 70%-ndәn 90%-ә qәdәrini ödәyir. Faiz çıxılmaqla borcun qalan hissәsi borclu bütün borcunu bağladıqdan sonra müştәriyә qaytarılır. Borclarını qısa müddәtdә qaytarmaq imkanı әldә edәn faktor-firmanın müştәrisi buna görә faktor-firmaya müәyyәn faiz ödәyir. F. 16–17 әsrlәrdә ticarәt vasitәçilәrinin hәyata keçirdiklәri әmәliyyat kimi tәtbiq edilmiş, sonradan isә kreditlәşmә şәklini almışdır. F.-in kömәyilә firma çox vaxt kredit şöbәsinin saxlanılması vә vәsaitlәrin inkasso edilmәsi ilә әlaqәli xәrclәrdәn azad olunur.