FAQOPROFİLÁKTİKA [(bakterio) faqlar + profilaktika] – bәzi infeksion xәstәliklәrin qarşısının alınması üçün bakteriofaq preparatlarından istifadә olunması. F. adәtәn yoluxucu xәstәliklәr ocağında yüksәk yoluxma riski olan şәxslәrlә aparılır. 100dәn artıq, o cümlәdәn insanlar üçün patogen olan bakteriya (şigellalar, salmonellalar vә s.) növündә bakteriofaqlar tapılmışdır. Bәzi bağırsaq infeksiyalarının profilaktikası üçün bakteriofaqın orqanizmә ağızdan daxil edilmәsi cәhdlәrinә tәşәbbüslәr olmuşdur. F.-nın effektivliyi haqqında etibarlı mәlumatlar alınmamışdır.