FAQOTERAPİYA, tibbdә – bәzi infeksion (qarın yatalağı, dizenteriya, vәba) xәstәliklәrin bakteriofaqlarla müalicәsi. Kimyәvi terapiya preparatlarının (antibiotiklәr, sulfanilamidlәr vә s.) daha yüksәk effektivliyә malik olması müalicә mәqsәdi ilә istifadә olunan bakteriofaqların istifadәsini kәskin mәhdudlaşdırır. Baytarlıqda F.dan heyvanların salmonellyozlarında, buzov vә çoşqaların kolibakteriozları zamanı istifadә olunur. Digәr müalicә vasitәlәri ilә kompleks şәklindә hәyata keçirilir.
Əd. Адамс М. Бактериофаги, пер. с англ. М., 1961 (лит.); Хитров В. С., Алехин Р. М. Справочник по ветеринарным биологическим препаратам; М., 1973.