“FALANQA” – İspaniyada sağ millәtçi siyasi partiya. Əsası 1933 ildә X. Primo de Rivera tәrәfindәn qoyulmuşdu. İtalyan faşizmi ideyalarının tәsirilә “F.” 1936 ildә Xalq Cәbhәsi hökumәtinә qarşı müxalif mövqe tutmuşdu. 1937 il dekreti ilә onu digәr sağ radikal siyasi tәşkilatlarla birlәşdirәn F.Franko vahid “F.”-nın başına keçmişdi. İspaniyada Vәtәndaş müharibәsi zamanı 150000 “F.”-çı Frankonun ordusunda xidmәt etmişdir. Faşizmin qәlәbәsindәn sonra “F.” Franko rejiminә tabe edilmiş, onun ölümündәn sonra 1977 ildә buraxılmışdır.