Azərbaycan Milli Ensiklopediyası
    FALAR

    FALÁR (yun. φάλαρον) – yüyәn dәstinin metal hissәsi olan vә qayış kәsişmәlәrinin üzәrinә yerlәşdirilәn bәzәkli dairәvi pilәk. Dәmir dövrü mәdәniyyәtlәri üçün sәciyyәvidir. Azәrb. әrazisindә arxeoloji qazıntılar  zamanı müxtәlif metallardan hazırlanmış F.-lar aşkar olunmuşdur. Bunlardan biri Şahtaxtı k. yaxınlığındakı qәbirdәn (e.ә. 2ci minilliyin sonları) tapılmış at skeleti üzәrindәki qızıl suyuna  çәkilmiş dekorativ pilәkdir.