FALERİSTİKA (lat. falerae, phalerae – hәrbi fәrqlәnmә nişanlarından ibarәt metal bәzәk; yun. φάλαρα – metal nişan) – orden, medal vә fәrqlәnmә nişanlarının tarixini öyrәnәn kömәkçi tarix fәnni. Ənәnәvi olaraq numizmatikaya aid edilir. Müstәqil fәnn kimi 20 әsrin 60–70-ci illәrindәn inkişaf edir.