FALKONÉT (ital. falconetto – “cavan şahin”) – 16–18 әsrlәrdә Avropa ölkәlәrinin ordularında vә donanmalarında kiçikçaplı (45–100 mm) artilleriya toplarının adı. Topun lülәsindә şahin tәsviri olduğuna görә belә adlanırdı. F.-dәn donanmada yelkәnli vә avarlı kiçik qayıqlarda yaxın mәsafәdәn abordaj әleyhinә, elәcә dә yaxın döyüş zamanı düşmәnin canlı qüvvәsini mәhv etmәk üçün istifadә olunurdu. F. qurğuşun mәrmilәr vә qumbaralarla, hәmçinin qırma ilә asan vә tez doldurulurdu. Napoleona qarşı müharibәlәrdәn (1812–15) sonra F.-lәr bütün ordulardan yığışdırılmışdı.
Faлконет. Тягр. 1691. Кройсбург гясри. Алманийа.