FALLÓP BORULARI (16 әsrin ortalarında tәsvir edәn italyan alimi Q.Fallopinin adı ilә), balalıq (uşaqlı q) boruları – mәmәli heyvanlarda balalığın vә insanda uşaqlığın enli bağının yuxarı kәnarında yerlәşәn cüt boruşәkilli orqan. F.b.-nda yumurta hüceyrәsinin mayalanması vә onun yumurtalıqdan balalığa (uşaqlığa) hәrәkәti baş verir.