FALLÓPİ, Faloppio (Falloppio vә ya Falloppia) Qabriele (tәqr. 1523, Modena – 9.10.1562, Padua) – italyan hәkimi vә anatomu. Tәbabәti Ferrarada öyrәnmişdir; Avropanın müxtәlif tibb mәktәblәrindә oxumuş vә işlәmişdir. A.Vezalinin tәlәbәsi olmuşdur. 1548 ildә Ferrarada anatomiya prof.-u, 1949 ildәn Pizada, 1951 ildәn Paduada cәrrahiyyә vә anatomiya prof.-u olmuşdur. Əsas әsәrlәri insan anatomiyasına aiddir. Dölün skeleti vә damarlarını, habelә qasıq bağını, burunun pazabәnzәr boşluğunu, gicgah sümüyünün üz siniri kanalını, uşaqlıq borusunu (Fallop boruları) vә s. tәsvir etmişdir. Burunu müayinә etmәk üçün xüsusi güzgü tәklif etmişdir. Bәrk vә yumşaq damağa, ciftә, uşaqlıq yoluna ad vermişdir. F.-nin digәr әsәrlәrindә – şişlәr vә xoralar haqqında traktatlar, Hippokratın başın yaraları haqqında әsәrinә dair şәrhlәri, dәrmanların hazırlanması, işlәtmә dәrmanları, sifilis haqqında vә s. traktatları verilmişdir.
Ə s ә r l ә r i: Observationes anatomicae: Venetiis, 1561; Opera genuina omnia. Venetiis, 1606. Vol. 1–3.