FÁLSTER – Baltika dәnizinin q. hissәsindә, Danimarkanın c.-ş.-indә ada. Danimarkaya mәxsusdur. Sah. 514 km2. Əh. 43,4 min (2010). Sәthi tәpәli düzәnlikdir; moren tirәlәri (hünd. 38 m-әdәk) var; әrazisinin bir hissәsi dәniz sәviyyәsindәn aşağıdadır. Çәmәnlәr, tala şәklindә enliyarpaqlı meşә massivlәri var. Zelandiya vә Lollann adaları ilә körpü vasitәsilә әlaqәlәnir. Şәkәr çuğunduru vә dәnli bitkilәr becәrilir; südlük heyvandarlıq inkişaf etmişdir. Mühüm şәhәri Nükebinqdir.
Фалстер адасы. Нцкебинг шящяриндян эюрцнцш.