FAMÉN MƏRTƏBƏSİ (Belçikada, Arden yüksәkliyindә Famen adlı yerin adından) – Devon sistemi üst şöbәsinin üst mәrtәbәsi [bax Devon sistemi (dövrü)]. 1885 ildә Belçika geoloqu A. Dümon tәrәfindәn ayrılmışdır. Əsasәn üç yarımmәrtәbәyә bölünür. Azәrb.-da çöküntülәri Nax. MR-dә var: gilli şistdәn, qumdaşı vә әhәngdaşından ibarәtdir. Xarakter faunası çiyinayaqlılar vә s.-dir.