FAMİNTSIN Andrey Sergeyeviç (29.6. 1835, Moskva – 8.12.1918, Petroqrad) – rus bitki fizioloqu. Peterburq EA-nın akad.-i (1884). S-Pb Un-tini bitirmişdir (1857). L.S.Senkovskinin tәlәbәsi. 1861–89 illәrdә S–Pb un-tindә işlәmiş (1872 ildәn prof.), 1889 ildәn Rusiyada ilk anatomiya vә fiziologiya laboratoriyasını yaratmış vә ona rәhbәrlik etmişdir (1890). Əsәrlәri bitkilәrdә fotosintezә vә maddәlәr mübadilәsinә hәsr edilmişdir; süni işıqlandırma zamanı fotosintez proseslәrinin hәyata keçirilmәsinin mümkün olduğunu göstәrmişdir. İlk dәfә (1867; O.V.Baranetski ilә birgә) şibyәlәrdәn yosunların yaşıl hüceyrәlәrini ayırmaqla onların simbiotik tәbiәtini sübut etmişdir. V.İ.Vernadski ilә birlikdә Rusiyada tәbii istehsal qüvvәlәrinin öyrәnilmәsi üzrә komissiya yaradılmasına tәşәbbüs göstәrmişdir. Azad İqtisadi Cәmiyyәtin prezidenti (1906–09), rus botanika cәmiyyәtinin fәxri prezidenti olmuşdur (1916). “Bitkilәrdә maddәlәr mübadilәsi vә enerjinin çevrilmәsi “(1883) vә ilk “Bitki fiziologiyası” dәrsliyinin (1887) müәllifidir.